"Çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək" - Rahid Əmirquliyev

“Rəqib güclü komandadı, dünya çempionudu”. Olimpsport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyev deyib.

 

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniya yığmasını qəbul edəcək.

 

Əmirquliyev Bundestimlə görüşün çətin keçəcəyini qeyd edib: “Matça yaxşı hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik. Mən də çox danışmağa ehtiyac duymuram. Sabah meydanda özümüzü göstərməliyik”.

 

- Oyunun bütün biletlərinin satılması sizə necə təsir edəcək?

- Azarkeşin olması bizim üçün əlavə motivasiyadı. Rəqib hər dəfə bu qədər fanat önündə oynayır. Bu mənada, bizim üçün daha böyük stimuldu. Çalışacağıq ki, azarkeşlərimizi məyus etməyək.