Millimizin start heyəti bəllidi
DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq millimizin start heyəti bəlli olub. Olimpsport.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki start heyətini mətbuat konfransında açıqlayıb.
Xorvat çalışdırıcı bildirib ki, millimiz sabah matçda aşağıdakı heyətlə çıxacaq.
Qapıçı: Kamran Ağayev
Müdafiəçilər: Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev
Yarımmüdafiəçilər: Qara Qarayev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov
Hücumçu: Ramil Şeydayev