Azərbaycan-Almaniya oyununda sürpriz qonaqlar

Futbol üzrə Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatının seçmə mərhələsində üz-üzə gələn Azərbaycan-Almaniya oyununu stadionundan canlı izləyənlər arasında Almaniya millisinin keçmiş üzvləri, Oliver Birhoff və Miroslav Kloze də olub. Maraqlıdır ki,tanınmış veteran futbolçular oyunu jurnalistlər sektorundan izləyiblər. 

Xatırladaq ki, O.Birhoff və M.Kloze Almaniya millisinin texniki heyətində paytaxtımıza gəliblər.