Robert Prosineçki: komandamdan razı qaldım

Futbol üzrə Azərbaycan yığma komandası 2018- dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Millimiz 4-qat dünya çempionu Almaniyaya qarşı mübarizədə 1:4 hesabı ilə məğlub olub. Oyunun sonunda mətbuat konfransında iştirak edən Azərbaycan komandasının baş məşqçisi Robert Prosineçki oyundan razı qaldığını bildirib. R.Prosineçki: " uzun müddət idi ki,Tofik Bəhramovda oynamırdıq. Çox gözəl atmosfer var idi.Rəqib çox güclü komanda olmasına baxmayaraq, onlara qarşı layiqli mübarizə aparıb hücum futbolu oynadıq. Qrupda ən əsas oyunumuz iyun ayında evdə keçiriləcək Ş.İrlandiya ilə olacaq. Əgər Almaniyaya qarşı oynadığımız futbolu oynasaq, rəqiblərimizə qalib gələ bilərik.