"Qarabağ" çempionluq yolunda büdrəmədi

Aprelin 9-u Topaz Premyer Liqasının XXV tur çərçivəsində iki qarşılaşma baş tutub. "Kəpəz" Gəncədə əzəli rəqibi "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.  Futbol ictimaiyyətinin əsas diqqəti isə Tofik Bəhramov stadionunda keçirilən "Qarabağ"-"Qəbələ" oyununda olub. Oyun qolsuz bərabərliklə başa çatıb. Beləliklə "Qarabağ" çempionluq yolunda büdrəməyib. "Qəbələ" isə əksinə olaraq şanslarını minimuma yendirib. Əgər möcüzə baş verməsə "Qarabağ"  5-ci dəfə ölkə çempionluğunu qeyd edəcək.