"Qarabağ" çempionluğu necə əldən verə bilər?

Artıq çoxları Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümünün çempionu  "Qarabağ" ın olacağını düşünür. Hər halda sona üç tur qalmış Ağdam təmsilçisinin 2-ci yerdə qərarlaşan "Qəbələ" dən 4-xal öndə olması belə düşünməyə əsas verir. Ama idmanda hərşey ola bilər. Əgər "Qəbələ" qalan görüşlərdə rəqiblərinə qalib gəlsə belə yenə çempionluq xəyal olaraq qalacaq. Çünkü "Qarabağ"ın xallar itirməsinə ümid qalacaq. Ama Qurban Qurbanovun komandası  iki görüşdə qalib gəlməsi çempion olmağı kifayət edir. Bu iki görüşün biri böyük ehtimalla "Sumqayıt" qalibiyyəti olacaq. Qalan iki görüş isə səfərdə "Neftçi" və "İnter" lə oyun olacaq. Bu oyunlar o qədər də asan olmayacaq. Həm səfər oyunları, həm də yorğunçuluq özünü biruzə verə bilər.  Psixoloji cəhətdən də Qurban müəllimin futbolçuları arxayınçılıq və həyacan amilinin qurbanı ola bilər. Əgər bu iki oyunun birində "Qarabağ" xal və ya xallar itirsə, növbəti oyunda komandada çempionluğa inamsızlıq yarana bilər ki, bu da növbəti xal itkisi ilə nəticələnə bilər.  Ama bir tərəfdə "Qəbələ" xal itirsə artıq maraqsız bir çempionluq abhavası yaşanacaq. Sözsüz ki, əsas nəticədir. Ama çempionun son turda müəyyən edilməsi futbol ictimaiyyəti üçün ayrı bir zövqdür. Bu həm də qalan oyunların həyacanlı keçməsinə səbəb olar. Eyni zamanda Avroliqa uğrunda mübarizə aparan klublarımızı da düşünmək lazımdır. Əlbəttə bu bizim istəyimizdir. Ama "Qarabağ" ilk növbədə öz taleyini düşünəcək.