"Qarabağ" Azərbaycan çempionu oldu

Bugün Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümünün sonuna iki tur qalmış "Qarabağ" Azərbaycan çempionu olub. Ağdamlılar çempionluğu səfərdə "İnter" üzərində 0:3 hesabı ilə əldə edib. 

Xatırladaq ki, bugün eyni zamanda çempionluğa az da olsa şansı qalan "Qəbələ" səfərdə "Kəpəz" klubuna 2:0 hesabı ilə məğlub olduğundan vaxtından əvvəl "Qarabağ" çempion olub. 

"Qarabağ" komandasını çempion olması münasibətilə təbrik edir, təmsilçimizə ÇL-də uğurlar arzulayırıq.