Kamran Ağayevin taleyinə aydınlıq gəldi

Portuqaliyanın "Boavişta" klubu futbol üzrə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb. Olimpsport.az xəbər verir ki, bu haqda klubun "facebook" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, onunla mövsümün sonunadək nəzərdə tutulmuş müqavilə pozulub.

Klub 31 yaşlı qapıçıya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Kamran Ağayev Portuqaliya klubuna 2016/2017 mövsümünün əvvəlində azad agent kimi keçmişdi.