Dinodan Ozobiçə çatmaq cəhdi

Topaz Premyer Liqasında mövsüm sona yaxınlaşdıqca bombardirlər yarışında mübarizə gərginləşir. Olimpsport.az xəbər verir ki, 11 qolla lider olan, xeyli vaxtdır fərqlənə bilməyən "Qəbələ"nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçə ən yaxın izləyicisi artıq 2 futbolçudu.

Belə ki, "İnter"dən Rauf Əliyevə "Qarabağ"dan cənubi amerikalı həmkarı Dino Ndlovu çatıb. İndi hər 2 hücumçunun hesabında 9 qol var.

Ndlovu son turda "İnter"lə səfər matçında etdiyi dublla qol sayını 9-a çatdırıb. Bu, Dinonun cari mövsümdən şərəfini qoruduğu "Qarabağ"da ilk dublu olub.

Ümumilikdə isə bu, cari mövsümdə 15-ci dubldu. Onların hər biri 1 dəfə buna nail olub. "Qarabağ"da dubl edən futbolçular 4 nəfərdi. Bunlar millimizin müdafiəçisi Maksim Medvedev, ispaniyalı yarımmüdafiəçi Migel Madera və qış fasiləsində "Adanaspor"a keçən braziliyalı hücumçu Reynaldo Silvadı. 

Ən çox dubla "Qəbələ"nin futbolçuları imza atıblar - 5. Üç komandanın - “Sumqayıt”, “Neftçi” və AZAL-ın hesabında dubl yoxdu.

Xatırladaq ki, sona 2 tur qalmış Ndlovu çempion olubsa, Ozobiçin gümüş, Əliyevin bürünc medalçı olacağı gözlənilir.