"Zirə” ilə matçda çox şeyi həll etmək olardı" - Vurğun Hüseynov

“Zirə” ilə oyunda qalib gəlməli idik. Özü də buna çox yaxın idik. Ancaq son saniyələrdə penaltidən buraxdığımız qolla qələbəni əldən verdik. Belə vəziyyətdə başqa deyiləcək bir söz yoxdu”.

 

Olimpsport.az xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında “Sumqayıt”ın kaptanı Vurğun Hüseynov bildirib. “Gənclik şəhəri”nin təmsilçisi Avropa Liqasına vəsiqə uğrunda əsas rəqiblərindən olan “Zirə” ilə evdə həlledici matçda hesabda irəlidə olda da, son saniyələrdə qələbəni əldən buraxıb.

Vurğunun sözlərinə görə, hesabda üstün durumda olarkən təcrübəsizlik öz sözünü deyib və sonda bunun əziyyətini çəkiblər: ”Düzdü, komandamızda təcrübəli futbolçular var. Müdafiədə mənimlə Rail Məlikov, qapıda Fərhad Vəliyev. Ancaq komandamızda belə oyunçuların sayı çox olmalıdı ki, orta sahədə, ön xəttdə olanlar topu saxlasınlar, oyunun tempini aşağı salsınlar. Rəqib hesabda geri düşəndən sonra təzyiqi artırdı. Bu zaman oyunumuz pozuldu, topu daha çox qabağa vururduq. Bu da oyunçularımızın təcrübəsiz olmağından irəli gəlir”.

Hüseynov uğursuz nəticəyə görə nə qədər üzülsə də, şansların itimədiyini düşünür: “Əlbəttə, qarşıda çətin oynlarımız var. Son 2 turda “Qarabağ”, “Qəbələ” kimi güclü rəqiblərlə qarşılacağıq. Amma Avropa Liqasına çıxmaq şansımız davam edir. Sadəcə, "Zirə” ilə matçda çox şeyi həll etmək olardı. Ancaq bundan istifadə edə bilmədik”.