İki tur qalmış: İki əvəzolunmaz

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün son iki turu ərəfəsində yalnız iki futbolçu əvəzolunmaz statusuna malikdi. Olimpsport.az xəbər verir ki, 26 turun hamısında 90 dəqiqə meydanda olan oyunçuların hər ikisi qapıçıdı.

 

“Qəbələ”nin qolkiperi Dmitri Bezotosnı və “Sumqayıt”ın əlcək sahibi Fərhad Vəliyev cari mövsümdə əvəzlənməyib. Onlar hərəyə 2340 dəqiqə meydanda olublar.

 

Bütün turlarda meydana çıxan digər üç futbolçu isə sahə oyunçusudu. Azər Salahlı (“Sumqayıt”), Filip Ozobiç (“Qəbələ”) və Jülien Ebah (“Kəpəz”) bütün görüşlərdə iştirak etsə də, bəzən əvəzlənib.

mənbə: Apasport.az