"Qarabağ"a qarşı oynamışdı, indi "Liverpul"un şərəfini qoruyacaq.
İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul" klubu hücum xəttini gücləndirib.
Olimpsport.az xəbər verir ki, "qırmızılar" "Sauthempton"dan Sadio Maneni transfer edib. Bu transfer "Liverpul"a 41 milyon avroya başa gəlib. Mane yeni komandasında 19 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Sadio Mane 2014-cü ildə "Zalsburq"dan "Sauthempton"a 15 milyon avroya transfer olunub. Mane "Qarabağ"a qarşı iki oyun keçirib. Belə ki, o, 2014/15 mövsümündə "Zalsburq"un heyətində Çempionlar Liqasının təsnifat mərhələsində təmsilçimizə qarşı hər iki matçda 90 dəqiqə meydanda olub. Həmin vaxt ilk matçı 2:1 hesabı ilə qazanan "Qarabağ" cavab görüşündə iki cavabsız qolla yenilərək Avropa Liqasına düşmüşdü - 0:2.