"Qarabağ" çempionluq mükafatına qovuşdu

Bugün "Qarabağ"   klubu Topaz Premyer Liqasının 2016/2017 mövsümünün sonuncu ev oyununu keçirib. "Azərsun Arena" da  "Sumqayıt" komandasını qəbul edən Azərbaycan çempionu rəqibi üzərində 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra Ağdam təmsilçiləri qızıl medallara layiq görülüb. Medalları "Qarabağ" klubunun üzvlərinə   AFFA-nın baş katibi Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və  "Azərsun Holdinq"in prezidenti Abdul Bari Gozal təqdim edib. Sonda Azərbaycan çempionuna "Kubok" təqdim olunub.  Kuboku klubun prezidenti Abdul Bari Gozal və komandanın üzvləri başı üzərinə qaldırıb.

Qeyd edək ki,  mükafatlanma mərasimində bəzi futbolçuların  ailə üzvləri də iştirak edib.