"Qəbələ" Qəbələdə mükafatlandı

Bugün 2016/2017 ci il mövsümün Topaz Premyer Liqasının  gümüş və bürünc medalları  sahiblərinə təqdim olunub.  Mükafatlandırılma mərasimindən qabaq hər iki mükafatçı, "Qəbələ" və "İnter" çempionatın XXVII turunda üz-üzə gəliblər. Turnir cədvəlinin heç bir nəticəsinə təsir etməyən oyun ev sahiblərinin 4:3 hesabı ilə xeyrinə başa çatıb. Oyundan sonra "Qəbələ" gümüş, "İnter" isə bürünc medallarına sahib olublar.