Tovuzda bayram əhva-ruhiyyəsində mükafatlanma

Bugün futbol üzrə 2016/2017-ci il mövsümün Azərbaycan birinciliyində yer tutmuş klubların rəsmi mükafatlandırılma mərasimi keçirilib. Əsas mükafatlanma mərasimi Tovuzda baş tutub. I Divizionun qalibi olmuş Tovuzun "Turan" komandası bayram əhval-ruhiyyəsi altında qızıl medallarına qovuşub. Mükafatlandırılma mərasimində rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, veteran futbolçular; İsgəndər Cavadov,Vaqif Sadıxov və yüzlərlə Turan sevərlər iştirak edib. Millət vəkili Qənirə Paşayeva "Turan" forması ilə mərasimdə iştirak etməklə  bir daha doğma komandasına dəstək olub.

Xatırladaq ki, çempionatın gümüş medallarına "Səbail" FK, bürünc medallarına isə "Ağsu" FK layiq görülüb.