Avroliqa turnirinə yollanacaq 3-cü klub da məlum oldu

Bugün Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümünün 28-ci və sonuncu turu rəsmən başa çatıb. Sonuncu tur əsasən Avroliqa turnirinə vəsiqə uğrunda mübarizə aparan klublar üçün daha əlamətdar olub. Gözlənildiyi kimi "Zirə" Avroliqaya vəsiqəni səfərdə "Azal" üzərində 0:3 hesablı qələbə ilə əldə edib. "Zirə" nin büdrəməsinə ümid edən "Kəpəz" klubu isə doğma meydanda "İnter" üzərində 1:0 hesabı ilə qələbə qazansa da  Avroliqada iştirak etmək  arzusu puç olub və Gəncə təmsilçisi çempionatı 5-ci yerdə tamamlayıb. Diqqətini Azərbaycan "Kuboku" nun finalına yönəldən "Qəbələ" klubu "Sumqayıt" la oyunda əsas heyət üzvlərini qorumağı qərara alıb və səfərdə 2:1 hesabı ilə məğlub olub. Mövsümün son oyunu "Neftçi"-"Qarabağ" arasında keçirilib və qonaqlar 1:2 hesablı qələbə qazanıb.  Növbəti yerləri, Sumqayıtın eyniadlı komandası 6-cı, "Neftçi" 7-ci, "Azal" isə sonuncu yerdə başa vurub.

Artıq futbol həvəskarları klublarımızdan Avropa turnirlərində uğurlu nəticə gözləyirlər. Düzdür, futbol ictimaiyyəti yenə "Qarabağ" və "Qəbələ" klublarının uğurlu çıxışlarına ümid edirlər.  Bu dəfə azarkeşlər klublarımızdan qrup mərhələsinə düşmək yox,qrupdan çıxmağı gözləyirlər.

Xatırladaq ki, klublarımız tarix ərzində 6 dəfə Avroliqa turnirinin qrupunda mübarizə aparıb və heç vaxt qrupdan çıxa bilməyiblər.