Naxçıvanda "Naxçıvan Kuboku" təqdim olundu

Bu ayın 27-də keçiriləcək  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Naxçıvan Kuboku" yarışında qalib komandaya veriləcək kubokun təqdimatı keçirilib.  Təqdimat mərasimi Naxçıvan şəhərində olub. Jurnalistlər qarşısında çıxış edən Naxçıvan Şəhər İdman İdarəsinin rəisi, Azad Cabbarov kubokun futbol üzrə Azərbaycan Kubokunun keçirildiyi final günündə təqdim olunduğuna görə PFL prezidenti Ramin Musayevə təşəkkür etdi. Daha sonra Azad müəllim yarışın gələcək perspektivlərindən söhbət açdı. O, bildirdi ki, kubokda 6-8 komandanın iştirakı gözlənilir və xarici ölkə komandalarının da  iştirakı istisna deyil.Azad müəllimin bildirdiyinə görə baş mükafatın üstün cəhətlərindən biri də kubokun tərkibində qızıldan istifadə olunmasıdır. Təqdimat mərasimində PFL prezidenti Ramin Musayev həm "Naxçıvan Kuboku", həm də  bugün keçiriləcək "Qarabağ"-"Qəbələ" oyunu haqqında fikirlərini jurnalistlərlə bölüşdü.

Xatırladaq ki, kubok Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə Türkiyədə istehsal olunub.