Co Hart üzr istədi.

İngiltərə millisinin qapıçısı Co Hart Avropa çempionatının 1/8 finalında islandlara məğlubiyyətə görə üzr istəyib. Olimpsport.az xəbər verir ki, Hart Kolbeyn Siqtorssonun qoluna səhvini etiraf edib.

"Komandanı ikinci qoldan xilas etməliydim. Topu tutmaq lazım idi. Bu səhvin bizə turnirdə mübarizəni dayandırmaq bahasına başa gəldiyinə görə üzr istəyirəm. Bu yarışda standartlara cavab vermədik. Bizi dəstəkləyən bütün azarkeşlərə minnətdaram.Onların üzüntüsünü başa düşürəm. Özüm də İngiltərənin azarkeşiyəm və belə qalacam".