UEFAdan 65 min avro məbləğində cəza.
UEFA Belçika Futbol Federasiyasını cəzalandırıb.
Olimpsort.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Belçika millisinin azarkeşlərinin "Avro-2016"da qaydalara zidd davranışları səbəb olub.
Qrup mərhələsində İrlandiya ilə Bordoda keçirilən oyun (3:0) zamanı belçikalı azarkeşlər pirotexniki vasitələrdən istifadə edib və meydana yad əşyalar atıb. Bu səbəbdən UEFA Belçika Futbol Federasiyasına 5 min avro cərimə kəsib.
Qeyd edək ki, UEFA daha öncə eyni səbəbdən Macarıstan Futbol Federasiyasını 65 min avro məbləğində cəzalandırıb.