Rəşad Sadıqov: “Komanda yaxşı iş görməyi bacardı”

U-19 Liqasının sonuncu turunda "Qarabağ" öz meydanında AZAL-ı 7 - 0 hesabı ilə məğlub edib.

Qarşılaşmadan sonra 2 tur əvvəl çempionluğu təmin etmiş Ağdam təmsilçisinin mükafatlandırma mərasimi baş tutub


“Olimpsport.az” saytı mükafatlandırma mərasimindən sonra Azərbaycan milli futbol komandasının və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovdan  müsahibə alıb. Həmin müsahibəni sizə təqdim edirik.

-Rəşad müəllim, əvvəlcə sizi qələbə münasibətilə təbrik edir, uğurlarınızın daimi olmasını arzu edirik. Qələbə oyunu ilə bağlı fikirlərinizi bilmək istərdik…


- Uşaqlar pis oynamadılar, oyundan razı qaldım. Komanda yaxşı iş görməyi bacardı və əziyyətimiz hədər getmədi. Çempion olmaq qürurvericidir. Çox sevinirəm.

- Futbolçu kimi qızıl medal daha dəyərlidi, yoxsa baş məşqçi kimi?

- Bu çempionluq, bu qızıl medaı mənim üçün çox dəyərlidir və başqalarına bənzəmir. Fərqlidir, mənim üçün. Bu, həm mənim, həm də yetirmələrinin uğurudur, ikiqat qələbədir.


- Eşitdiyimizə görə, "Qarabağ"ın U-19 komandasının baş məşqçilik vəzifəsini tərk etməyə hazırlaşırsınız. Bununla bağlı nə deyə bilərsiniz?


- Bu məsələ ilə bağlı hələlik tam heç nə deyə bilmərəm. Bu barədə müzakirələr, məsləhətləşmələr olacaq. Qarşıdan Çempionlar Liqasının oyunları gəlir və həm də yığmanın vacib oyunlarında iştirak edəcəyik. Yaxın günlərdə qəti qərar veriləcək. 19 yaşlıların liqasında ola bilər ki, fərqli komanda olsun və ya əvəzedici heyət hazırlansın. Fikirlər hələ ki, müxtəlifdir. Baxacağıq.


-  Milli komandamızın qarşıda Şimali İrlandiya ilə oyunu var. Bu haqda nə deyə bilərsən?


- Komanda vacib oyuna hazırlaşır. Sabah Avstriyaya yola düşürük. Əlimizdən gələni edəcəyik ki, vətənə qələbə ilə qayıdaq.


- Bildiyimizə görə kubokun finalında zədə almışdınız. İndi vəziyətiniz necədir?


- Zədəm var və artıq trenajorda məşqlər etməyə başlamışam. 3-4 günə komandaya qoşulacam, İnşallah.


- Qələbə daim “Qarabağ”la olsun. Müsahibə üçün təşəkkür edirik.

-Amin.Sağ olun.

 

 

Sevinc MƏMMƏDOVA