"Qarabağ" yoxlama oyunu keçirəcək

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxacaq.

Olimpsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Moskva “Dinamo”su ilə üz-üzə gələcək. 

Bu, Qurban Qurbanovun komandasının Avstriyadakı üçüncü sınağıdır. Buna qədər “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə isə 2:5 hesabı ilə məğlub olub. 

Yoxlama oyunu

20:00 “Qarabağ” (Azərbaycan) - “Dinamo” (Moskva, Rusiya)