"Səbail"ə yeni sponsor tapıldı

Premyer Liqanın debütantı “Səbail”ə yeni sponsor tapılıb.

Olimpsport.az-ın sport24.az saytına istinadən yaydığı xəbərə görə, komandaya Bakı Gəmiqayırma Zavodu himayədarlıq edəcək. BGZ-nin klubun Müşahidə Şurasında təmsil olunacağı bildirilir.

Qeyri rəsmi-xəbərə görə, zavod komandaya bir mövsüm üçün 1 milyon manatadək yardım edəcək.