Rəhim Həsənov avrokuboklarda oyun idarə edib

Azərbaycanlı FİFA referisi Rəhim Həsənov avrokuboklarda oyun idarə edib.

Olimpsport.az-ın məlumatına görə, həmyerlimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin “Ventspils” (Latviya) - “Valyur” (İslandiya) oyununun baş hakimi olub. Matç qolsuz bərabərliklə başa çatıb. R. Həsənov cəmi bir dəfə sarı vərəqə göstərib.  O, görüşün 30-cu dəqiqəsində qonaq komandanın futbolçusu Eirikssonu cəzalandırıb.

Qeyd edək ki, bu matçda Rəhim Həsənova Yaşar Abbasov  və Vaqif Musayev köməklik ediblər. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirib.