"İnter" rəqibini səfərdə darmadağın etdi

Avropa Liqasında yeni mövsümə start verilib.

Olimpsport.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edən “İnter” də mövsümün ilk oyununa çıxıb.

Zaur Svanadzenin komandası səfərdə Serbiyanın “Mladost” klubu ilə qarşılaşıb və proqnozların əksinə böyük hesabla (3:0) qələbə qazanaraq demək olar ki, cütün taleyini həll edib.

 

29 iyun

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

22:30. “Mladost” (Luçani, Serbiya) – “İnter” (Bakı, Azərbaycan) - 0:3 
Qollar: 
Adrian Skarlatake, 23, 41, Rauf Əliyev, 75
Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov
Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)
Luçani. “Mladost” stadionu