“Zirə” 11-cidi

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları hər iki komandamızın qapısını toxunulmaz saxlaması ilə əlamətdar olub. Olimpsport.az saytının məlumatına görə, “Zirə” və “İnter” 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlayıb.

 

Zirənin eyniadlı təmsilçisi Lüksemburq “Differdanj”ı ilə ev matçında (2:0) buna nail olub. Avrokubokların debütantı ilk oyununda qapısını quru saxlamağı bacarıb. Bununla da “Zirə” avrokuboklarda quru oyun keçirən 11-ci komanda olub. Bunadək avrokubokda oynayan 17 komandamızdan 10-u bunu bacarmışdı.

 

Serbiyada “Mladost”u 3:0 hesabı ilə yenən “İnter” isə artıq 12-ci quru matçını keçirib. Paytaxt təmsilçisi belə oyunların sayında Azərbaycanın 3-cü komandasıdı.

 

Ölkə rekordu isə 30 matçda qapısını toxunulmaz saxlayan “Qarabağ”a məxsusu. “Neftçi” isə 17 dəfə belə uğura sevinib.

 

Qeyd edək ki, klublarımız ümumilikdə 86 dəfə meydanı qol buraxmadan tərk edib. (Apasport.az )