“Xəzər Lənkəran” olmayanda “Neftçi” vardı - Elnur Cəfərov

“Neftçi”də 97 nömrəli futbolkada çıxış edəcəyəm. Artıq bunu dəqiqləşdirmişik. Klublarda məhz bu nömrə altında oynamışam. “Neftçi”yə keçidim də rəsmiləşib, düşünürəm ki, yaxşı işlər görəcəyəm. “Neftçi”də oynamaq şansımın olacağını düşünürəm. Bunun üçün üzərimdə işləməliyəm”.

Olimpsport.az xəbər verir ki, bu sözləri Futbol11.az saytına açıqlamasında Azərbaycan milli komandasının üzvü Elnur Cəfərov deyib. “Xəzər Lənkəran”ın yetirməsi olan hücumçu bir müddət Xorvatiyada legioner həyatı yaşasa da, sonradan geri qayıtmağı üstün tutdu. “Xəzər Lənkəran”dan “Neftçi”yə, “Neftçi”dən “Xəzər Lənkəran”a keçid kimi məsələlər ə rast gəlinsə də, bu adətən normal qarşılanmayıb. Bəs Elnur necə “Neftçi”də oynadığı üçün doğma Lənkəranda qınaq obyekti olmayacaq ki?: “Azarkeşlərin hər birinə hörmətim var. Onlar arasında yəqin ki, məndən inciyən olacaq. Bu gün “Xəzər Lənkəran” Premyer Liqada çıxış etmir. Mənim orada oynamaq kimi bir şansım yoxdur. Həm də lənkəranlı azarkeşlər savadlıdırlar. Bir reallıq deyim. “Xəzər Lənkəran” olmayanda “Neftçi” vardı və Lənkəranda bu komandaya azarkeşlik edənlər az deyildi. Düşünürəm ki, məni başa düşəcəklər”.

Qeyd edək ki, Elnur Cəfərov “Xəzər Lənkəran”ın ən öndəgələn yetirmələrindən biridir.