“Zirə” daha bir futbolçunu heyətinə cəlb edib

Ölkəmizi Avropa Liqasında təmsil edən “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

Olimpsport.az klubun saytına istinadən xəbər verir ki, gənc futbolçu Yusif Nəbiyev paytaxt təmsilçisində çıxış edəcək. Müdafiəçi müqavilə ilə məxsus olduğu “Qəbələ”dən bir illik icarəyə götürülüb.

Qeyd edək ki, Yusif Nəbiyev ötən mövsüm icarə əsasında “Sumqayıt”da oynayıb.