Budaq Nəsirov daha 1 il "Sportinq"də

Portuqaliyanın “Sportinq” klubu U-21 millimizin üzvü Budaq Nəsirovla müqaviləni yeniləyib.

Olimpsport.az xəbər verir ki,bu barədə  futbolçunun "Sportinq"ə keçidinə vasitəçi olan  FİFA meneceri Vaqif Heydərli məlumat verib. Gənc yarımmüdafiəçi daha bir il Lissabon təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, B.Nəsirov ötən ilin yayından “Sportinq”də çıxış edir. O, ötən mövsüm "Sportinq"in B komandasında 20 oyunda meydana çıxıb və 1 qol vurub.