Azərbaycan millisi planetin 10-cusudu

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Olimpsport.az xəbər verir ki, 2017-ci ilin ilk yarısının da əksini tapdığı cədvəllə ciddi dəyişiklik olmayıb.

 

Baş verən dəyişikliklər əsasən aşağı pillələrdə yer alan komandalarla bağlı olub. Liderlərin mövqeyi isə dəyişməz qalıb.

 

Planetin 10 ən güclü komandasından biri olan Azərbaycan millisi də mövqeyini qoruyub. Belə ki, yığmamız 1445 xalla planetin 10-cusudu.

 

İlk “onluq”

1. Braziliya - 1929

2. İspaniya – 1872

3. Rusiya - 1765

4. Argentina - 1700

5. İtaliya - 1608

6. İran - 1593

7. Portuqaliya - 1582

8. Ukrayna - 1500

9. Qazaxıstan - 1462

10. Azərbaycan – 1445