UEFA hakimlərimizin işini yüksək dəyərləndirdi

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində oyunlar idarə edən hakimlərin işi yüksək qiymətləndirilib. 

Olimpsport.az xəbər verir ki, "Kayrat" - "Atlantas" matçını idarə edən Ömər Paşayev və “Ventspils” – “Valur” oyununda ədaləti qoruyan Rəhim Həsənov UEFA-dan yüksək qiymət alıblar. 

Bizdə olan məlumata görə, referilərimiz çətin sınaqdan üzüağ çıxa bilib. UEFA ədalət təmsilçilərimizin idarəçiliyi 8,4 balla qiymətləndirilib.

Qeyd edək ki, Qazaxıstanda baş tutan qarşılaşmada Paşayevin işi yetərincə olub. O "Kayrat"ın 6:0 hesablı qələbəsi ilə başa çatan oyunda, Litva klubunun qapısına 2 penalti təyin edib və 2 futbolçunu sarı vərəqə ilə cəzalandırıb. Həsənovun idarə etdiyi qarşılaşmada isə hesab açılmayıb.