"Qarabağ" "Samtredia" ilə oyunun hazırlıqlarına başladı

Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" bu gün klubun bazasında bir araya gəlib.

Olimpsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bir günlük istirahətin ardından futbolçular bugündən etibarən Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Samtredia" ilə  (Gürcüstan) matçın hazırlıqlarına start verib.

Qeyd edək ki,  Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Samtredia" görüşü iyulun 11-i saat 21:00-da başlayacaq.