"Zirə"nin cavab matçı canlı yayımda

Avropa Liqasının I təsnifat mərhələsində "Differdanj" - "Zirə" oyunu canlı yayımlanacaq.
 
Olimpsport.az xəbər verir ki,  bu barədə Sportfm.az saytının baş redaktoru Araz Əhmədov məlumat verib:"Səfərdə baş tutacaq görüşü MYVİDEO TV vasitəsilə canlı yayımlayacağıq. Uzun sürən danışıqlardan sonra birbaşa yayımı təşkil etmək mümkün olacaq. "Zirə"nin avrokuboklardakı debüt ilində mərhələ adlamasına şahidlik etmək istəyən hər kəsi ekran başına dəvət edirik. Canlı yayım zamanı studiyada futbol eksperti Samir Əbdürrəhmanov da olacaq". 
 
Qeyd edək ki, "Zirə" evdə 2:0 hesabı ilə qalib gəldiyi "Differdanj"la cavab matçını iyulun 6-da Bakı vaxtilə saat 21:00-da keçirəcək. Oyun MYVİDEO TV(KATV 1 və Myvideo.az saytı) ilə canlı yayımlanacaq.