"Qarabağ"ın yeni transferləri Bakıya gəlib

Qarabağ”ın yeni transferləri  Yakub Jezniçak və Donald Vild Gerye artıq Bakıdadırlar.

Olimpsport.az xəbər verir ki, adıçəkilən futbolçular dünən gecə saatlarında ölkəmizə gəliblər.
 
Ağdam klubunun rəsmi "Facebook" səhifəsi yeni transferlərin bir yerdə çəkdirdikləri şəkli paylaşıb.

Hər iki oyunçu ilə bu gün müqavilə imzalanacağı gözlənilir.
 
Qeyd edək ki, Yakub Jezniçak ötən mövsüm “Legiya”da, Donald Vild Gerye isə “Alanyaspor”da oynayıb.