AFFA-nın baş katibi İdarə Heyətinə üzv seçildi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib.
 
Olimpsport.az  qurumun saytına istinadən xəbər verir ki, 2015-ci il aprelin 24-də fəaliyyətə başlayan və Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozonun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.