Təmsilçilərimizin növbəti sınağı - "İnter" evdə, "Zirə" səfərdə

Bu gün "İnter" və "Zirə" klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaqlar.
 
Olimpsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən biri evdə, digəri səfərdə oynayacaq.
 
Qeyd edək ki, hər iki oyun eyni vaxtda başlanacaq.
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab görüşləri
6 iyul 21:00.
"İnter" (Azərbaycan) - "Mladost" (Serbiya)
Baş hakim: Nikolay Balakin
Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko
Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: Robert Malek (Polşa)
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)
Bakı. "Dalğa Arena" stadionu
İlk oyun - 3:0
 
21:00. "Differdanj" (Lüksemburq) - "Zirə" (Azərbaycan)
Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Differdanj Şəhər Munisipal stadionu
İlk oyun - 0:2