"Kəpəz" yeni mövsüm üçün bir araya gəldi

Ötən gün "Kəpəz” yeni mövsüm üçün məşqlərə start verib.
 
Olimpsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, ilk hazırlıq prosesindən öncə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məşqçilər korpusu və futbolçularla görüşüb. 
 
Müşahidə Şurasının sədri Elmir Vəliyevin komanda üzvlərinə salamını çatdıran M.Nərimanoğlu "Kəpəz”in yenə rəhbərliyin və azarkeşlərin etimadını doğruldacağına əmin olduğunu bildirib.
 
Gəncə şəhər stadionunun əsas meydançasında görülən işlərlə bağlı məlumat verən Nərimanoğlu arenaya tezliklə yeni qazonun salınacağını deyib.
 
Ən müasir ot örtüyü ilə təmin olunacaq stadionda "Kəpəz”in möhtəşəm qələbələrlə azarkeşləri sevindircəyinə inamını ifadə edib. Sonda Mikayıl Nərimanoğlu komandaya uğurlar arzulayıb.