Bukmekerlər “İnter” və “Zirə”nin qələbəsinə inanmır

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri üçün əmsallar açıqlanıb. Olimpsport.az xəbər verir ki, xarici bukmeyker saytları bu gün meydana çıxacaq “İnter” və “Zirə”nin də oyunlarına pul qoyuluşu qəbul edəcək.

 

Belə ki, “İnter”in Serbiya “Mladost”u ilə dueldə qələbə qazanacağına ümid o qədər də böyük deyil. Çünki səfərdə 3:0 hesabı ilə qalib gələn “İnter”in Bakıda qələbəsinə 2,00 əmsal verilib. Bu isə onların meydanı üstün bitirməsinə bir qədər kölgə salır.

 

Görüşdə heç-heçəyə 3,30, təmsilçimizin məğlubiyyətinə 3,40 əmsal verilib.

 

“Differdanj” – “Zirə” oyununda da rəqib şanslı sayılır. Səfərdə 0:2 hesabı ilə uduzan lüksemburqluların qalib gəlməsi 2,40, Ayxan Abbasovun komandasının eyni uğuru təkrarlaması 2,90 əmsalla qiymətləndirilib. Görüşün “sülh”lə başa çatmasını proqnozlaşdıranlara isə əmanətlərini 2,95 dəfə artırmaq şansı verilib. (Apasport)