"Biz "Barselona" deyilik, "Zirə" də PSJ səviyyəsində rəqib deyil” - Paskal Karzaniqa

“Əlbəttə ki, biz “Barselona” deyilik. Amma “Zirə” də PSJ səviyyəsində rəqib deyil”. Olimpsport.az xəbər verir ki, bu sözləri Lüksemburqun “Differdanj” klubunun baş məşqçisi Paskal Karzaniqa deyib.

 

Mütəxəssis Avropa Liqasının bu gün “Zirə” ilə keçiriləcək cavab oyunundan öncə mətbuat konfransı keçirib.

 

Karzaniqa Bakıdakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmaqla bağlı iddialı danışıb: “Bu üzdən də kimin mərhələ keçəcəyi ilə bağlı sualın cavabı də hələ dəqiqləşməyib. Düzdü, səfərdə 2 top fərqi ilə uduzmuşuq. Lakin vəziyyəti xeyrimizdə dəyişmək üçün hər şey edəcəyik. Bu vəzifənin öhdəsindən gəlmək asan görünməsə də, biz “Differdanj”ıq və evdə daha güclüyük. Cavab matçına tam heyətlə hazırıq. Cəzalı Tom Zibenaler də meydana çıxa biləcək. Müdafiəçi mərkəzdə David Vandenbreklə yanaşı oynayacaq, Matias Yeniş isə öz sol cinahına çəkiləcək”.

 

Baş məşqçi “Zirə” haqda da fikirlərini açıqlayıb: “İlk oyunda uduzmağımızda rəqib haqda məlumatımızın azlığı da rol oynadı. Amma artıq onları meydanda görmüşük. Köməkçin David Zitelli ilə bu barədə danışmışıq  Onların yeni oyunçusu Kervens Belfort, Qabriel Manqa və Riçard Qadze çox yaxşı futbolçulardı. Onlar həm də çox sürətlidi. Biz cavab oyununda iki qol vurmaq gücündəyik. Ən çətini isə bundan sonra olacaq. “Zirə” ilə görüşdəki hədəfimiz yüksək effektlilikdi. Bu da hücumda məhsuldar, müdafiədə etibarlılıqdan ibarətdi”.