"Araz" rəqiblərini tanıdı

Bu gün  futzal üzrə UEFA kubokunun əsas mərhələsinin püşkatması keçirilib. 

Olimpsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu “Araz”ın da rəqibi bəlli olub.

Naxçıvan təmsilçisi “Deva” (Rumıniya), E və F qruplarının qalibi ilə 8-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 10-dan 15-dək Rumıniyada keçiriləcək.

Təsnifat mərhələsində E qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Herseqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), F qrupunda isə “Anorthosis” (Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Wrexham” (Uels) komandaları qüvvəsini sınayacaq. Əgər Ermənistan klubu F qrupunu qalib kimi başa vursa, o zaman B yolunda 5-ci qrupda mübarizə aparacaq, həmin qrupa yüksələcək komandalardan biri də "Araz"a rəqib olacaq.
 
Qeyd edək ki, təsnifat mərhələsinin oyunları avqustun 22-27-də, əsas raundun görüşləri oktyabrın 10-15-də keçiriləcək.