"Şüvəlan" 9 futbolçu ilə heyətini gücləndirib

Birinci divizionda yeni mövsümə hazırlaşan “Şüvəlan” 9 futbolçu ilə heyətini gücləndirib.

Olimpsort.az klubun saytına istinadən xəbər verir ki, Mirkamil Həşimli, Hüseyn Axundov, Eyyub Əliyev, Orxan Səfiyaroğlu, Vəzir Musayev, Nodar Məmmədov, Mehdi Rəsulov, Şahin Əliyev və Elvin Həsənəliyevlə 1 illik müqavilə imzalanıb.

Premyer Liqa təcrübəsi olan daha bir neçə futbolçunun yaxın günlərdə komandaya qoşulacağı gözlənilir.

Qeyd edək ki, “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev seleksiya toplanışında iştirak edən futbolçular arasında da seçim aparır.