"Zirə"dən əzmkar geri dönüş

Tarixində ilk dəfə Avropa kuboklarına qatılan “Zirə” uğurlu nəticəyə imza atıb.

Olimpsort.az xəbər verir ki, mübarizəyə Avroliqadan başlayan Bakı klubu ilk mərhələdə Lüksemburqda “Differdanj” komandasını mübarəzədən kənarlaşdırıb. Gənc mütəxəssis Ayxan Abbasovun rəhbərlikm etdiyi komanda Bakıda 2:0 hesabı ilə qalib gəldiyi rəqibini bu gün səfərdəki matçda da məğlub edib – 2:1.

Bununla da “Zirə” Avroliqanın ikinci mərhələsinə vəsiqə qazanıb. Burada onların rəqibi Rumıniyanın “Astra” klubu olacaq. İlk oyun Bakıda (11 və ya 12 iyul), cavab matçı səfərdə (18 və ya 19 iyul) olacaq.

Matçların dəqiq tarixi hələ açıqlanmayıb.


Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

6 iyul

21:00. “Differdanj” (Lüksemburq) - “Zirə” (Azərbaycan) - 1:2 
Qol: 
Vandenbroek, 11 (1:0), Manqa, 64 (1:1), Qadze, 68 (1:2) 
İlk oyun - 0:2
Baş hakim: Boris Marhefka
Yan xətt hakimləri: Tomas Vorel, Yan Pozor 
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Differdanj. “Munisipal”