"Oyundan öncə çox həyəcanlı idim" - Svanadze

“Rəqib çox yaxşı komanda idi. İlk matçda 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bu oyundan öncə həyəcanlı idim".

Olimpsort.az xəbər verir ki, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının birinci təsnifat mərhələsində Serbiya "Mladost"una 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

" 6 ildir, burda çalışıram. 3 ildir, ardıcıl çətinliklərlə üzləşirik. Ancaq buna baxmayaraq, nəticə qazanmağı bacarırıq. Buna görə, uşaqlara təşəkkür edirəm” - deyə o bildirib.