"Qələbəni ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik" - Ayxan Abbasov

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən "Zirə" ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb. Olimpsport.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Ayxan Abbasov bunları deyib.  "Avrokubok təcrübəmizin olmaması səbəbindən oyuna yaxşı başlamadıq və gözlənilməz qol buraxdıq. Ümumiyyətlə ilk hissədə çox sayda səhvə yol verdik. Vəziyyəti düzəltmək üçün fasilədə uşaqlarla danışdıq. İkinci hissədə daha yaxşı oynamağa başladıq və qələbə qazandıq. Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik.

Qələbəmizi xalqımıza və ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik".