Rəşad Sadıqov Gürcüstanda - FOTOLAR

AFFA-nın təşki etdiyi məşqçilərin UEFA Pro kursunun 3-cü modulu Gürcüstanın Tbilisi şəhərində keçirilir.
 
Olimpsport.az xəbər verir ki, kursun iştirakçısı olan mütəxəssislər Tbilisidə təşkil olunmuş UEFA U-19 Avropa çempionatının final mərhələsinin oyunlarını təhlil edir, müvafiq müzakirələr aparılır. 

Kursda “Sumqayıt”ın baş məşqçisi Samir Abasov, millimizin köməkçi-məşqçisi Mahmud Qurbanov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov və kapitanı Rəşad Sadıqov da iştirak edir.

Qeyd edək ki, PRO lizensiyası alan şəxslərə təkcə ölkə daxilində deyil, Avropada da klubları çalışdırmaq hüququ verilir.