"Məqsədimiz Avroliqanın pley-off mərhələsinə qədər irəliləməkdi" - Edvard Yordanesku

“Təqvimin sıxlığından narahatam. Heyətdə dəyişikliklər etmişik. Azərbaycan təmsilçisiylə oyuna isə az vaxt qalıb”. Olimpsport.az xəbər verir ki, bu sözləri Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Rumıniya “Astra”sının baş məşqçisi Edvard Yordanesku deyib.

Komandasını "Zirə"ylə oyuna çıxaracaq 39 yaşlı çalışdırıcı əlavə edib: “Zirə" ilə oyuna yaxşı hazırlaşmalıyıq. Yeni futbolçuların komandaya mümkün qədər tez uyğunlaşması əsas şərtdi. Həmişə nikbin olmağa çalışmışam. Məqsədimiz Avroliqanın pley-off mərhələsinə qədər irəliləməkdi".