Elvin Bədəlov "Qarabağ"da

"Neftçi"dən ayrılan Elvin Bədəlov karyerasını ölkə xaricində davam etdirəcək. 

 

Olimpsport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Avstriyada çıxış edəcək. Belə ki, Elvin bu ölkədə azərbaycanlıların yaratdığı "Qarabağ" klubuna keçib. 

 

Avstriyanın paytaxtı Vyananı təmsil edən komanda 2014-cü ildə yaradılıb və sürətli inkişaf yolu keçib. 2015/16 mövsümündə 2-ci Landesliqanın və Vyana kubokunun qalibi olan "Qarabağ" ötən mövsümü 1-ci Landesliqanın çempionu kimi tamamlayıb. 2017/18 mövsümündə komanda Regional Liqanın Şərq zonasında çıxış edəcək.

 

"Zenit"in yetirməsi olan Elvin 2014-cü ildə "Neftçi"yə transfer olunub. O, paytaxt klubunun heyətində 59 rəsmi oyuna çıxıb və 1 qol vurub. O, U-17, U-19 və U-21 yığmalarımızda oynayıb.