"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi məlum olub

Bugün UEFA Avropa Çempionlar Liqasının  2017/2018-ci illər mövsümünün pley-off mərhələsində iştirak edəcək klubların püşkatma mərasimi keçirilib. Dünyanın ən güclü klub turnirinin püşkatma mərasimində Azərbaycanı təmsil edən "Qarabağ" klubunun da rəqibi məlum olub. Azərbaycan çempionunun rəqibi Danimarkanın "Kopenhagen" klubu olub. Ağdamlıların rəqibi digər komandalara baxanda nə çox güclü, nə də zəif komandadır. Bəxtimizin gətirdiyini demək olar. Hər halda "Qarabağ " üçün "Olimpiakos" və "Seltik" arzuolunmaz rəqib idi. Xatırladaq ki, ilk görüş 15 avqustda Bakıda keçiriləcək.