Törə Əhmədova yeni vəzifəyə təyin edildi

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin baş mütəxəssisi Törə Əhmədova eyni zamanda "Səbail" futbol klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsini yerinə yetirəcək. Bu təyinat olduqca unikal bir təyinatdır. İllərlə AFFA-da işinin öhdəsindən layiqincə gələn təcrübəli xanım əməkdaşımızın Topaz Premyer Liqasına yeni vəsiqə qazanmış paytaxt klubuna mətbuat xidmətinin rəhbəri təyin edilməsi "Səbail" komandasının böyük məqsədlərindən xəbər verir. Axı mətbuat ictimaiyyətin güzgüsüdür. Mətbuat sahəsi olduqca həssas, dözümlü, ədalətli və səmimi insanların yeridir ki, bu amillər də Törə xanımda var. İnanırıq ki,  Törə Əhmədova AFFA-da olduğu kimi "Səbail" klubunda da öz işini peşəkar səviyyədə yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan futbol klublarında ilk dəfədir ki, xanım əməkdaş bu vəzifəyə təyin olunub.