"Neftçi" yenə uduzdu

Topaz Premyer Liqasının 2017/2018-ci illər mövsümünün ilk turunun açılış oyununda "Neftçi" öz meydanında "Qarabağ"ı qəbul edib və əzəli rəqibinə (1:3) məğlub olub. İlk turda öz meydanında məğlub olmaq heç də "Neftçi"nin planlarına uyğun olmadı. "Qarabağ" a isə,  bu qələbə avqustun 15-də ÇL-nin play-off mərhələsində qarşılaşacağı "Kopenhagen"lə oyun qabağı əla ruh yüksəkliyi verdi. Eyni zamanda danimarkalılarla görüş öncəsi "Neftçi" ilə oyunda iki dəfə fərqlənən Mahir Mədətovun da yaxşı idman formasında olduğu sevindiricidir.

"Neftçi"-"Qarabağ" (1:3)

Mahir Mədətov(15,40), Dino Ndlovu (62), Rahid Əmirquliyev (90-öz qap.)