Mövsüm meydan sahibləri üçün yaxşı başlamadı

Bugün Topaz Premyer Liqasında 2017/2018-ci illər mövsümünün ilk turunun daha bir görüşü keçirilib. "İnter"-"Qəbələ" görüşündə qonaqlar qələbəni əldə edib. (1:2) 1-ci hissənin 13-cü dəqiqəsində Elvin Məmmədov qonaqları irəli çıxarıb.  Filip Ozobiç isə, 24-cü dəqiqədə özü qazandığı penaltini qola çevirib. Meydan sahiblərinin yeganə qoluna isə, 70-ci dəqiqədə Pərsid Fərcad Azad imza atıb.